Slovakiyada hərbi obyektdə partlayış baş verib

DÜNYA
19:49 25.02.2025
275
Slovakiyanın qərbində yerləşən Zaqorye hərbi-texniki sınaq institutunun ərazisində partlayış baş verib.

Respublikanın xilasetmə xidmətinin nümayəndəsi Danku Tsapakova təcili yardım maşınları və tibbi xilasetmə helikopterinin sınaq institutuna göndərildiyini bildirib.

Polis Zaqoryedə fövqəladə vəziyyət faktını təsdiqləyib. Məlumata görə, azı iki nəfər xəsarət alıb.

Slovakiya baş nazirinin birinci müavini və müdafiə naziri Robert Kaliniak bildirib ki, insident institutun ərazisində təlim atışları zamanı baş verib, iki nəfər yaralanıb.

"Fövqəladə vəziyyətə nəyin səbəb olduğunu hələ dəqiq söyləmək mümkün deyil”, - nazir bildirib.
 
///report
OXŞAR XƏBƏRLƏR