Slovakiyanın Baş nazirinə içərisində güllə olan zərf göndərilib

Slovakiyanın Baş nazirinə içərisində güllə olan zərf göndərilib
DÜNYA
18:12 25.09.2024
178
Slovakiyanın Baş naziri Robert Fikoya naməlum şəxs tərəfindən içində güllə olan zərf göndərilib.

Bu barədə POLITICO məlumat yayıb.

Zərfin kim tərəfindən göndərildiyi məlum deyil.

Bildirilib ki, məsələ ilə bağlı Slovakiya polis qüvvələrinə məlumat verilib.

Xatırladaq ki,may ayında Fikoya qarşı sui-qəsd cəhdi edilib. Baş nazirinin həyatına 71 yaşlı Juraj Cintula qəsd etməyə çalışmışdı.
 
///apa
OXŞAR XƏBƏRLƏR