Sloveniya iki israilli nazirə qarşı sanksiya tətbiq edib

Sloveniya iki israilli nazirə qarşı sanksiya tətbiq edib
DÜNYA
21:24 17.07.2025
303
Sloveniya hökuməti İsrailin iki nazirinə qarşı sanksiya tətbiq edərək onların ölkəyə girişini qadağan edib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Sloveniya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, sanksiyalar İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Betsalel Smotriçə şamil olunur.

Onlar Qəzza zolağında soyqırıma çağırışda ittiham edilirlər.
OXŞAR XƏBƏRLƏR