Sloveniyada ölü qarğalarda Qərbi Nil virusu aşkarlanıb

Sloveniyada ölü qarğalarda Qərbi Nil virusu aşkarlanıb
DÜNYA
12:16 11.09.2026
71
Sloveniyada ölü qarğalarda Qərbi Nil virusu aşkarlanıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Sloveniyanın Qida və Baytarlıq Təhlükəsizliyi Agentliyinin açıqlamasına əsasən, paytaxt Lübliyana və Qrosuplye şəhərlərində ölü qarğalar üzərində aparılan müayinələr zamanı Qərbi Nil virusu müəyyən edilib.

Açıqlamada Sloveniyada quşlarda sonuncu dəfə 2024-cü ildə Qərbi Nil virusunun aşkarlandığı bildirilib. Qeyd olunub ki, bu il ölkədə insanlarda virusa yoluxma halı qeydə alınmayıb.

Məlumata görə, xüsusilə qarğalar ağcaqanadların dişləməsi yolu ilə yayılan Qərbi Nil virusunun təbii daşıyıcısı və rezervuarı rolunu oynayır.
 
Gülay
OXŞAR XƏBƏRLƏR