Sloveniyada seçkilər keçiriləcək - 22 martda

Sloveniyada seçkilər keçiriləcək - 22 martda
DÜNYA
15:40 06.01.2026
94
Avropa Birliyi (AB) ölkəsi olan Sloveniyada seçkilərin 22 mart bazar günü keçiriləcəyi açıqlanıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Sloveniya Prezidenti Natasa Pirç Musar ölkədə hər dörd ildən bir keçirilən seçkilərin 22 mart bazar günü keçiriləcəyi barədə fərman imzalayıb və ədalətli seçkilərə ümid etdiyini bildirib.

Musar kənardan gələn dezinformasiya və manipulyasiyalara qarşı ayıq-sayıq olacaqlarını bildirib və seçki kampaniyası zamanı dialoqa çağırıb.

Bu arada, Sloveniyadakı seçkilər ölkə parlamentinin 90 yeni üzvünü müəyyən edəcək. 90 üzvdən 88-i sloven, 1-i italyan və 1-i macar olacaq.

Qeyd edək ki, Sloveniyada son seçkilər 24 aprel 2022-ci ildə keçirilib və hazırkı Baş nazir Robert Qolobun Azadlıq Hərəkatı partiyası birinci yeri tutub.
 
Gülay
OXŞAR XƏBƏRLƏR