Sloveniyanın yeni prezidenti məlum olub.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Sloveniyada keçirilən prezident seçkilərinin ikinci turunda Natasa Pirc Musar səs çoxluğunu toplayaraq ölkənin yeni prezidenti olub.
Sloveniya Dövlət Seçki Komissiyasının (DVK) rəsmi saytında verilən məlumata görə, səslərin 99 faizi hesablanıb.
Sloveniya Pirat Partiyası və Avropa Yaşıllar Partiyasının dəstəyini alan müstəqil namizəd Pirc Musar 58% səs toplayıb. Beləliklə, Pirc Musar ölkənin yeni və ilk qadın prezidenti seçilib.
Ayşən