Şmıqal: “Ukrayna və Aİ 18 milyard avroluq yardımın ayrılmasına dair memorandum imzalayıb”

Şmıqal: “Ukrayna və Aİ 18 milyard avroluq yardımın ayrılmasına dair memorandum imzalayıb”
DÜNYA
19:10 16.01.2023
189
Ukrayna və Avropa İttifaqı (Aİ) Kiyevə 18 milyard avro məbləğində makromaliyyə yardımının göstərilməsi haqqında memorandum imzalayıb.

Bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal tviterdə məlumat verib.

"Bu həftə 3 milyard avronun köçürüləcəyini gözləyirik”, - o qeyd edib.

Ukrayna Baş naziri əlavə edib ki, bu yardım gələcəkdə makroiqtisadi sabitliyin qorunmasına yardım göstərəcək.
OXŞAR XƏBƏRLƏR