SMS icazə sistemində 1 kodundan istifadə edən şəxs 2 kodundan da istifadə edə bilər

SMS icazə sistemində 1 kodundan istifadə edən şəxs 2 kodundan da istifadə edə bilər
SOSİAL
13:07 20.06.2020
11692
"Gün ərzində SMS icazə sistemində 1 kodundan istifadə edən şəxs 2 kodundan da istifadə edə bilər”.

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

"Dediyim kimi hər iki koddan gün ərzində istifadəyə icazə var. Amma, təbii ki, sui-istifadəyə yol verməmək şərtilə. Çünki sui-istifadə hallarının artması bizi bu limitin azaltmasına məcbur edir”, - o bildirib.

Qeyd edək ki, 1 rəqəmi - təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə rayon və şəhər daxilində 2 (iki) saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir),

2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının, dərman vasitələrinin alınması, dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə 2 (iki) saat müddətinə gündə 1 dəfə verilir, dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk edən şəxslər üçün geri qayıtma müddəti müvafiq dövlət qurumu tərəfindən verilən arayışla müəyyən edilir).
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qalibaf: ABŞ-nin danışıqlar və ya müharibə istəməsi bizim üçün əhəmiyyət daşımır
11:11 15.11.2026
Qalibaf: ABŞ-nin danışıqlar və ya müharibə istəməsi bizim üçün əhəmiyyət daşımır
Qızıl bahalaşdı, gümüş ucuzlaşdı
11:01 15.11.2026
Qızıl bahalaşdı, gümüş ucuzlaşdı
Portuqaliya 10 ildən sonra ən ağır məğlubiyyətini aldı
10:51 15.11.2026
Portuqaliya 10 ildən sonra ən ağır məğlubiyyətini aldı
Məzun olmağa hazırlaşırdılar, arzuları yarımçıq qaldı
10:41 15.11.2026
Məzun olmağa hazırlaşırdılar, arzuları yarımçıq qaldı
Gələcəyin şəhərlərinə gənclərdən innovativ baxış: “İnsanyönümlü şəhərlər” hakatonu başa çatıb
10:31 15.11.2026
Gələcəyin şəhərlərinə gənclərdən innovativ baxış: “İnsanyönümlü şəhərlər” hakatonu başa çatıb
HƏMAS-ın yüksək rütbəli üzvü zərərsizləşdirildi
10:30 15.11.2026
HƏMAS-ın yüksək rütbəli üzvü zərərsizləşdirildi
Azərbaycan XİN Fələstini Milli Günü münasibətilə təbrik etdi
10:20 15.11.2026
Azərbaycan XİN Fələstini Milli Günü münasibətilə təbrik etdi
Daha bir ölkə Rusiya və Belarus idmançılarının ölkəyə girişini qadağan etdi
10:10 15.11.2026
Daha bir ölkə Rusiya və Belarus idmançılarının ölkəyə girişini qadağan etdi
Rəşad Məcidə ağır itki
10:00 15.11.2026
Rəşad Məcidə ağır itki
Biləcəri yolunda zəncirvari qəza: Avtomobillərdən biri ağaclara çırpılıb
09:43 15.11.2026
Biləcəri yolunda zəncirvari qəza: Avtomobillərdən biri ağaclara çırpılıb
Hava limanında iki təyyarə toqquşub
09:31 15.11.2026
Hava limanında iki təyyarə toqquşub
Filippin Prezidenti: Yaxın Şərqdəki hadisələr ASEAN ölkələri üçün təhlükə yaradıb
09:12 15.11.2026
Filippin Prezidenti: Yaxın Şərqdəki hadisələr ASEAN ölkələri üçün təhlükə yaradıb
Avropa futbolunda böyük qarşıdurmalar: İspaniya İngiltərəyə, Belçika İtaliyaya qarşı
09:03 15.11.2026
Avropa futbolunda böyük qarşıdurmalar: İspaniya İngiltərəyə, Belçika İtaliyaya qarşı
Hörmüz boğazı yaxınlığında iki neft tankeri minaya düşərək yanıb
08:58 15.11.2026
Hörmüz boğazı yaxınlığında iki neft tankeri minaya düşərək yanıb
Səudiyyə Ərəbistanı səmasında husilərin raket və PUA-ları vurulub
08:45 15.11.2026
Səudiyyə Ərəbistanı səmasında husilərin raket və PUA-ları vurulub
Sumqayıtda parkda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
08:37 15.11.2026
Sumqayıtda parkda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı