SMS icazə sistemində limit qoyuldu: Yalnız 1 dəfə icazə almaq olar

SMS icazə sistemində limit qoyuldu: Yalnız 1 dəfə icazə almaq olar
SOSİAL
13:37 29.06.2020
7944
Sui-istifadə hallarına yol verildiyi üçün SMS-icazə sisteminə limit qoyulub.

AZXEBER.COM bildirir ki, bunu açıqlamasında "Asan Xidmət"in mətbuat katibi Elnur Niftəliyev bildirib.

Onun sözlərinə görə, vətəndaşlara dəfələrlə müraciət olunmasına baxmayaraq SMS icazə sistemindən sui-istifadə halları davam edir. Bu səbəbdən də SMS-icazəyə limit qoyulub və vətəndaşlar yalnız gündə bir dəfə SMS icazə sistemilə icazə ala bilər.

Qeyd edək ki, digər bir dəyişikliklə də vətəndaşlar tərəfindən müvafiq kod üzrə müraciət olunduğu zaman cavab SMS-i 15 dəqiqə ərzində gələcək.
OXŞAR XƏBƏRLƏR