‘Snayperlər geri çəkilməyəcək’ - Müdafiə nazirliyi

SİYASƏT
00:38 04.05.2013
3106

“Son vaxtlar əsgər ölümləri ilə bağlı məlumatlar bəzi müxalif qüvvələr tərəfindən şişirdilir”

‘Bu gün Azərbaycanın bir qrup millət vəkili və ziyalılarından ibarət nümayəndə heyəti Azərbaycan-Ermənistan cəbhə xəttində, Beyləqan və Füzuli rayonlarındakı hərbi hissələrdə olub. 

Trend xəbər verir ki, nümayəndə heyətinin tərkibinə millət vəkilləri Gövhər Baxşəliyeva, Sahibə Qafarova, Nizami Cəfərov, İlham Məmmədov, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Eldar Sabiroğlu, AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov, Dilçilik İnsititunun baş elmi işçisi Rafiq Qasımov, xalq şairi Söhrab Tahir, Milli QHT Forumunun prezidenti Rauf Zeyni və xalq artisti Ramiz Quliyevin rəhbərlik etdiyi Əhsən Dadaşov adına xalq çalğı alətləri ansamblı daxildir. Əvvəlcə onlar Beyləqan rayonu, daha sonra isə Füzuli rayonunda təmas xəttindəki hərbi hərbi hissələrdə olaraq hərbçilərin yaşayışı, qidalanması və yataq şəraiti ilə tanış olublar. Onlar ön xəttə gələrək düşmən tərəfin mövqelərini də nəzərdən keçiriblər. Daha sonra jurnalistlərin suallarını cavanlandıran Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Eldar Sabiroğlu son zamanlar əsgər ölümləri ilə bağlı məlumatların bəzi müxalif qüvvələr tərəfindən şişirdildiyini qeyd edib. Eldar Sabiroğlu son vaxtlar cəbhə xəttində snayperlərin geri çəkilməsi ilə bağlı məsələyə də münasibət bildirib. "Snayperlərin geri çəkilməsi yalnız Azərbaycanın işğal olunmuş əraziləri azad edildikdən sonra mümkün ola bilər", - Müdafiə Nazirliyinin sözçüsü vurğulayıb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb