Snoop Doogun komandası Mehin üçün klip çəkdi - VİDEO

Snoop Doogun komandası Mehin üçün klip çəkdi  - VİDEO
MAQAZİN
16:02 15.05.2025
428
 
Müğənni Mehin Hümbətova yeni layihəsini təqdim edib. 

AZXEBER.COM xəbər verir ki, sənətçi bu dəfə "Sevmək” adlı yeni mahnı oxuyub və ona maraqlı video çarx hazırlatdırıb.

Müğənni klipi üçün süni intellektə müraciət edib.
 
Belə ki, layihə məşhur reper Snoop Dogg və Ezhelin komandası tərəfindən süni intelektlə ərsəyə gəlib.
 
Ekran işi Luka Tısler, Oliver Lam və Öner Biberkökün rejissorluğu ilə hazırlanıb.

Hümbətova bildirib ki, bəstənin sözləri İsmayıl Əsədov və Kəmalə Rüstəmzala, musiqisi isə İsmayıl Əsədova məxsusdur.
 
Aranjimanı Samir Sultanova aid olan "Sevmək” Mehinin "Youtube” kanalına yerləşdirilib.
 


OXŞAR XƏBƏRLƏR