"Sobsan" boya fabrikində baş verən yanğın zamanı 4 nəfər zəhərləndi

SOSİAL
21:46 04.07.2020
2076
Bakının Binəqədi rayonunda "Sobsan" boya fabrikində baş verən yanğın zamanı 5 partlayış qeydə alınıb.

AZXEBER.COM-un "Report”a istinadən verdiyi məlumatına görə, parlayışların 25 tonluq çənlərdə baş verdiyi bildirilir. Buna görə də yanğın daha geniş ərazini əhatə edib.

Qeyd edilir ki, daha bir neçə çəndə partlayışın baş verməsi gözlənilir.

Hazırda əraziyə Bakı şəhər üzrə 4 rayonun yanğından mühafizə bölmələri cəlb edilib. Əraziyə bir neçə təcili yardım maşını gətirilib. İlkin məlumata görə, hadisə zamanı 4 nəfər tüstüdən zəhərlənib.
 

OXŞAR XƏBƏRLƏR