SOCAR-da BMT nümayəndələri ilə görüş keçirilib

İQTİSADİYYAT
17:50 18.07.2013
1822
ARDNŞ-nin Ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının nümayəndələrini qəbul edib. 
AZXEBER.COM-un ARDNŞ-ə istinadən xəbər verir ki, görüşdə ARDNŞ və BMT-nin İnkişaf proqramı arasında enerji effektivliyi, bərpa olunan enerji və dayanıqlı nəqliyyat, eləcə də iqlim dəyişmələrinə təsir edən digər məsələlər barədə fikir mübadiləsi aparılıb.Bu sahədə BMT-nin İnkişaf Proqramı ARDNŞ ilə birgə əməkdaşlıq çərçivəsində Qlobal Ətraf mühit üzrə Fondun təqdim etdiyi qrant vəsaitinə uyğun olaraq yekun müraciətin hazırlandığı və müraciətin hazırlanması işində ARDNŞ ilə sıx əməkdaşlığın vacib olduğu qeyd edilib.

OXŞAR XƏBƏRLƏR