SOCAR-dan həbslərlə bağlı - Açıqlama

SOCAR-dan həbslərlə bağlı - Açıqlama
İQTİSADİYYAT
17:04 16.08.2016
2060
““Petkim”-in sabiq əməkdaşları Sadettin Korkut, İlqar Mehmetoğlu, Yasin Atak və digərlərinin həbs olunması ilə əlaqədar bildiririk ki,Türkiyənin enerji və təbii sərvətlər naziri cənab Berat Albayrakın da vurğuladığı kimi, bu məsələlərin “Petkim”in və ümumiyyətlə SOCAR-ın Türkiyədəki fəaliyyətləri ilə heç bir bağlılığı yoxdur. Bu, Türkiyənin müvafiq orqanları tərəfindən həyata keçirilən hüquqi prosedurdur. SOCAR dəfələrlə bəyan etdiyi kimi, Türkiyə dövlət orqanlarının həyata keçirdiyi bu prosedurları tam dəstəkləyir".
AZXEBER.COM xəbər verir ki, SOCAR-dan “APA-Economics”in sorğusuna cavab olaraq bildirilib ki,
“Petkim” və SOCAR-ın Türkiyədəki digər müəssisələri fəaliyyətlərini normal şəkildə davam etdirir, bütün layihələr üzrə işlər qrafikə uyğun həyata keçirilir.

Qeyd edək ki, iyulun 15-də Fətullahçı Terror Təşkilatının (FETÖ) Türkiyədə hərbi çevriliş cəhdindən sonra aparılan istintaq çərçivəsində “Petkim Petrokimya Holding A.Ş.”-nın saxlanılan 25 əməkdaşından 13-ü haqqında həbs qərarı verilib, 12-i isə ölkədən çıxmamaq şərti ilə azadlığa buraxılıb.

Haqqında həbs qərarı verilən 13 nəfər FETÖ-yə üzv olmaqda ittiham edilir.

Həbs edilənlər arasında “Petkim Petrokimya Holding A.Ş.”-nin sabiq baş icraçı direktoru Sadettin Korkutla bərabər, “SOCAR Türkiye”-nin baş direktorunun müavini, Azərbaycan əsilli İlqar Mehmetoğlu, “Petkim Petrokimya Holding A.Ş.”-nin İctimaiyyətlə əlaqələr müdiri Memduh Taşlıcalı, İnsan resursları şöbəsinin müdiri, Azərbaycan əsilli Rakif Fərəcov, Satınalma işləri şöbəsinin meneceri Selim Bal, Satış şöbəsinin meneceri İbrahim Aydın, şirkətdə himmət pullarını toplamaqda şübhəli bilinən “Petkim”-in "imam"ı Yasin Atak və “ES İnşaat” ortağı Şenol Demirbaş da var.

S. Korkut iyulun 27-də tutduğu vəzifədən azad edilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Erməni təxribatının qarşısını alan tələbələrimiz danışdı - Video
22:50 24.04.2025
Erməni təxribatının qarşısını alan tələbələrimiz danışdı - Video
Rəşad Dağlıya görə “Space TV”yə xəbərdarlıq edildi
22:41 24.04.2025
Rəşad Dağlıya görə “Space TV”yə xəbərdarlıq edildi
Hərbi institut tələbələrinə hər ay bu qədər vəsait veriləcək
22:40 24.04.2025
Hərbi institut tələbələrinə hər ay bu qədər vəsait veriləcək
KİV: Qəzzada yaşayış binasının atəşə tutulması nəticəsində 7 fələstinli ölüb
22:29 24.04.2025
KİV: Qəzzada yaşayış binasının atəşə tutulması nəticəsində 7 fələstinli ölüb
Harvard demokratiya üçün təhlükədir - Tramp
22:14 24.04.2025
Harvard demokratiya üçün təhlükədir - Tramp
İnsulin almaq üçün aptekə gedən şəxs elə orada vəfat etdi
22:10 24.04.2025
İnsulin almaq üçün aptekə gedən şəxs elə orada vəfat etdi
İntihara cəhd edən qazinin son durumu açıqlandı
21:53 24.04.2025
İntihara cəhd edən qazinin son durumu açıqlandı
Tramp 1915-ci il hadisələri barədə "soyqırımı" sözündən istifadə etməyib
21:50 24.04.2025
Tramp 1915-ci il hadisələri barədə "soyqırımı" sözündən istifadə etməyib
Ermənistan silahlı qüvvələrinin Azərbaycan vertolyotunu vurması ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
21:40 24.04.2025
Ermənistan silahlı qüvvələrinin Azərbaycan vertolyotunu vurması ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
Siyəzəndə kişi küçədə infarktdan öldü
21:32 24.04.2025
Siyəzəndə kişi küçədə infarktdan öldü
Türkiyə Ermənistana münasibətlərin normallaşmasına dəstəklə bağlı çağırış edib
21:10 24.04.2025
Türkiyə Ermənistana münasibətlərin normallaşmasına dəstəklə bağlı çağırış edib
KİV: ABŞ Rusiyadan Ukraynanın öz ordusuna malik olma hüququnu tanınmasını istəyir
21:03 24.04.2025
KİV: ABŞ Rusiyadan Ukraynanın öz ordusuna malik olma hüququnu tanınmasını istəyir
Zərərçəkmiş şəxs Şuşanın işğalı günündən danışıb: Həmin vaxt bombalar yağış kimi yağırdı
20:47 24.04.2025
Zərərçəkmiş şəxs Şuşanın işğalı günündən danışıb: Həmin vaxt bombalar yağış kimi yağırdı
Gəncədə Vətən müharibəsi qazisi intihara cəhd edib
20:39 24.04.2025
Gəncədə Vətən müharibəsi qazisi intihara cəhd edib
Ayxan Hacızadə: Türkiyədəki zəlzələdə azərbaycanlıların xəsarət alması barədə məlumat yoxdur
20:30 24.04.2025
Ayxan Hacızadə: Türkiyədəki zəlzələdə azərbaycanlıların xəsarət alması barədə məlumat yoxdur
Daha bir cüdoçumuz Avropa çempionatında bürünc medal qazandı
20:23 24.04.2025
Daha bir cüdoçumuz Avropa çempionatında bürünc medal qazandı