SOCAR: Daxili bazarda karbamidi idxal qiymətindən daha aşağı qiymətə təqdim edirik

SOCAR: Daxili bazarda karbamidi idxal qiymətindən daha aşağı qiymətə təqdim edirik
İQTİSADİYYAT
15:25 03.10.2019
3609
"Həm daxili, həm də xarici bazarlarda karbamidin satış qiymətini bazar müəyyənləşdirir. Biz bu məhsulu prinsip etibarı ilə bütün ölkələrdə eyni şərtlərlə, yəni məhz bazarın və azad rəqabətin müəyyən etdiyi şərtlərlə təqdim edirik".

Bunu "Report”a açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, SOCAR daxili bazarda karbamidi idxal qiymətindən daha aşağı, yəni daxili bazarda bütün mövcud olan təkliflərdən daha sərfəli şərtlərlə təqdim edir: "SOCAR karbamidi Azərbaycanda əvvəlki dövrdə idxal olunan karbamidin qiymətindən, təqribən, 20% daha aşağı qiymətə reallaşdırır. Azad rəqabət şəraitində bu məhsulun satış qiymətinin aşağı düşməsi, ilk növbədə, istehlakçıların və ümumilikdə Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır".

O bildirib ki, SOCAR-ın yanaşması budur ki, daxili bazarda rəqabətli olmaq üçün şirkət bütün mövcud təkliflərdən daha ucuz və daha keyfiyyətli təklif verir: "Bütün bazarlarda qiyməti bazar iqtisadiyyatı müəyyənləşdirir. İkinci məsələ də odur ki, bu məhsulu başqa bazarlara çatdırmaq üçün nəqliyyat xərcləri də məhsulun qiymətinin üstünə gəlir. Bu, ixrac istiqamətində məhsulun satış qiymətini bir qədər azaltsa da, karbamidi başqa bazarlara çıxarmaq yenə də rəqabətlidir. Mümkün olsaydı, biz bütün istehsal etdiyimiz məhsulu daxili bazarda satardıq. Ancaq istehsal etdiyimiz məhsulun həcmi daxili bazarın tələbatından çoxdur. Beləliklə məhsulun bir hissəsi ixrac edilir və ölkəyə əlavə ixrac gəliri qazandırır. Təbii ki, bu məhsulu başqa ölkələrə çatdırmaq üçün onun qiymətinin üzərinə nəqliyyat xərcləri də gəlir. Bunu da bizə diqtə edən bazar iqtisadiyyatıdır, bazarda olan azad və sərbəst rəqabətdir. Həmin rəqabətin şəraitinə və rəqabətin formalaşdığı şərtlərə görə, biz bu məhsulu bazarlara təqdim edirik”.

Qeyd edək ki, bu gün bəzi kütləvi informasiya vasitələri SOCAR-ın Karbomid Zavodunun istehsal etdikləri məhsulun ixrac qiymətinin ölkədəki satış qiymətindən 35 faiz ucuz olması ilə bağlı məlumat yaymışlar.

Bildirilib ki, bu ilin iyun-iyul aylarında SOCAR-ın Karbamid Zavodu 45 min tona yaxın hazır məhsul satıb. Dövlət Gömrük Komitəsinin məlumata görə, Türkiyəyə (22 193 ton), Ukraynaya (993,6 ton), Rumıniyaya (2825,8 ton), Bolqarıstana (10 166,62 ton) və Rusiyaya (8 752,5 ton) karbamid satışından 7 mln. 189 min dollar əldə edilib. Məhsul 159,99$/ton, yaxud 272 manat/ton qiymətinə ixrac edilib. İyulda "Aqrolizinq" ASC SOCAR-la nəqliyyat xərcləri hesablanmadan bir tonu 420 manatdan 25 min ton karbamid gübrəsinin tədarükünə dair razılaşmanın imzalandığını açıqlayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
09:42 27.02.2026
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
09:41 27.02.2026
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
09:39 27.02.2026
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
09:30 27.02.2026
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
09:28 27.02.2026
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
Azərbaycanda pensiyaların artırılması təklif olunur
09:23 27.02.2026
Azərbaycanda pensiyaların artırılması təklif olunur
Bakıda bu yollarda sıxlıq var - siyahi
08:37 27.02.2026
Bakıda bu yollarda sıxlıq var - siyahi
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
08:14 27.02.2026
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
05:08 27.02.2026
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
03:46 27.02.2026
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
02:27 27.02.2026
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
01:49 27.02.2026
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
01:12 27.02.2026
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
00:42 27.02.2026
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
00:02 27.02.2026
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO
23:50 26.02.2026
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO