İnsan getdiyi yolun güvənli və ən doğru olduğunu biləndə qarşısına çıxacaq heç bir maneə onu narahat etmir. Dahi şəxsiyyət Heydər Əliyevin adına olan zirvəyə gedən yol kimi. Mənəvi olaraq o ruhda olan insanlar bir dəfə də olsa əzmlə zirvə yolunu getməyi özünə borc bilir. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar Şahdağ Milli Parkının ərazisində Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən "Heydər zirvəsi”nə yürüşlərə 09.05.2017 tarixində SOCAR -ın "Neftqazelmitədqiqatlayihə” institutunun bir qrup işçisi də qoşulmuşdu. Məsuliyyəti və çətinliyi bilərək böyük həvəslə yola düşmüşdülər. Zirvə yollarında hava şəraiti, təzyiq fərqi, oksigen çatışmamazlığı və s. problemlərin olmasına rəğmən bu ali missiyanı yerinə yetirmək eşqi bütün çətinliklərə qalib gəlirdi. Özündən sonra bütün gənclərə ən böyük mirası – təhlükəsiz, güvənli, sağlam mühitdə işləmək, oxumaq, yaşayıb yaratmaq imkanını qoyan bir lider üçün yolu gedənləri nəqarlı hava, nə sıldırım qayaların buzları, nə də idarə edə bilmədikləri addımları narahat edirdi. Məqsəd bir idi: "Heyder Zirvesi" iradənin və fiziki gücün son damlasıyla da olsa qət edilməliydi.
Respublikanın müxtəlif bölgələrindən, nazirlik, müəssisə, idarə və təşkilatlardan olan yüzlərlə, fərqli həvəskar və peşəkar idmançıları bu aksiyada bir amal birləşdirmişdi. Qalxarkən üzlərdə görünən yorğunluq, zəiflik enərkən ayrı bir həvəsə, enerjiyə çevrilmişdi. Daim gənclərə önəm verən, onların problemləriylə hamıdan evvəl maraqlanan liderin zirvəsini ziyarət etmək bizim gənclərdə də bir ayrı ishləmək, vətən üçün zirvələr fəth etmək həvəsi və bunu daim bacaracaqları inamını yaratmışdı.
Ənənəvi
yürüş Azərbaycan Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) və Azərbaycan
Dağçılıq Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının (ADEİNFA)
təşkilatçılığı ilə keçirilirdi. Her dağın, buzun sirrini bilən yerli və
xarici idmançılarla bərabər dağları aşmaq, bu işde o qədər də təcrübəsi olmayan
SOCAR-çılara çox kömək olmuşdu. Gənc mütəxəssislər bu böyük məqsədə çatmaq üçün
gedən hazırlıq proseslərində və yürüşlə mütəmadi maraqlanan, dəstək olan ”Neftqazelmitedqiqatlayihe”
institutunun rəhbərliyinin - direktor Fəxreddin İsmayılov, direktorun müavini
Bağır Süleymanovun adını qeyd etməyi özlərinə borc bilir. Qeyd etmək istərdik
ki, bu gənclər 30.04.2017 tarixində Heydər Əliyev fondunun təşkilatçılığı ilə
keçirilən Bakı marafonunda da uğurla istirak edib. Bütün fiziki çətinliklərinə
baxmayaraq marafonun finişinə çatıb, Heydər Eliyev zirvəsini fəth etsələr
də mənəvi olaraq Heyder zirvəsinin fəthi üçün daim çalişacaqlarını, fiziki və
zehni olaraq əllərindən gələni əsirgəməyəcəklərini bildirirlər.
Sənubər Qəmbərova