SOCAR: Hava şəraiti ilə əlaqədar zəruri tədbirlər görülüb

İQTİSADİYYAT
16:35 14.12.2016
1356
Bakı şəhəri və Abşeron yarımadasında hazırda müşahidə olunan güclü küləklə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dənizdəki özüllərində bütün zəruri tədbirlər görülüb, müvafiq təlimatlar verilib.
 
Bunu "Report"a SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyib. N.Quliyev bildirib ki, dəniz özüllərində növbətçilik tətbiq edilib və rəhbər işçilər növbətçiliyə cəlb olunublar.

OXŞAR XƏBƏRLƏR