SOCAR-ın yeni binasının tikinti məsələsinə aydınlıq gətirildi

İQTİSADİYYAT
17:01 25.11.2014
2022
Bəzi kütləvi informasiya vasitələrinin Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Bakı şəhərindəinşa etdirdiyiyeni inzibati binasının tikintisilayihəsinin 1,9 mlrd. ABŞ dolları (1,5 mlrd. manat)dəyərində olması ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil. 
Bunu "Report"a açıqlamasında SOCAR-ınmətbuat ximdətinin rəhbəri Nizaməddin Quliyev deyib. Onun sözlərinə görə, layihənin icrası ilə bağlı aparıcı xarici şirkətlərləimzalanmış müqavilələr hər kəs üçünaçıqdır: "Tikinti ilə bağlı SOCAR rəhbərliyi dəfələrlə açıqlama verib. Səsləndirilən rəqəmlər reallıqla müqayisədə6-7 dəfə şişirdilib. İnşaat işində tanınmış şirkətlər iştirak edir vəbütün nüanslaronlar vasitəsi ilə də dəqiqləşdirə bilərlər".
 N.Quliyev əlavə edib ki, bu tipli xəbərlər ilkdəfə deyil yayılır: "Bu, müəyyənqüvvələrin ölkədə baş verən bütün müsbət proseslər, aparılan quruculuq işlərinə və inkişafaqarayaxma vərdişlərindən irəli gəlir". Qeyd edək ki, 2010-cu ilin oktyabr ayında ölkəprezidenti İlham Əliyevin iştirakı ilə Bakının Heydər Əliyev prospektində SOCAR-ınyeni inzibati binasının təməlqoyma mərasimi keçirilib. Şirkətin müasir ofis binasının layihələndirilməsi ilə əlaqədar işlərə 2007-ci ildə başlanılıb. Nəticədə,Cənubi Koreyanın “Heerim Architects & Planners Co. Ltd.” şirkəti tərəfindən təqdim olunan “külək-alov” konsepsiyası daha cəlbedici hesab edilib. Layihələndirmə işlərinin həmin konsepsiya əsasında aparılması məqsədəuyğun sayılıb və 2007-ci ilin sentyabrında SOCAR və“Heerim Architects & Planners Co. Ltd.” şirkəti arasında müvafiq müqavilə imzalanıb. Tikinti üzrə xidmətlərin göstərilməsi üçün2010-cu ilin martındaelan edilənaçıq müsabiqədə isə8 nüfuzlu tikinti şirkəti arasından "TEKFEN İnşaat və Təchizat" (Türkiyə)seçilib və həmin şirkətlə SOCAR arasında müqavilə imzalanıb. Binanın inşasına müəllif nəzarətini və tikintinin idarəetmə işlərini “HeerimArchitects & Planners” şirkəti həyata keçirir. Layihə ilkin olaraq 235,4 mln. dollar məbləğində dəyərləndirilir. 
Xatırladaq ki,200 metr hündürlüyündə olacaq ofis binasının 40 mərtəbəsi yerüstü, 2 mərtəbəsi isə yeraltı olmaqla, ümumilikdə 5 hektar sahəni əhatə edəcək. Burada 5 konfrans zalı, fitnes mərkəzi, eyni vaxtda 1243 nəfərin istifadə edə biləcəyi bir neçə yeməkxana fəaliyyət göstərəcək. Binanın yeraltı mərtəbəsində 1045, yerüstü mərtəbəsində isə 240 avtomobili qəbul edə biləcək dayanacaqlar olacaq. Binanın ikinci mərtəbəsi fitnes mərkəzi, 3-6-cı və 18-37-ci mərtəbələri şirkətin struktur bölmələrinin ofisləri üçün nəzərdə tutulub. Binanın fasadının ümumi sahəsi 27 min kv. metr, zirzəminin sahəsi təxminən 52 min kv. metr, ofis hissəsinin sahəsi isə 40,5 min kv. metrdir. Layihənin sahəsi 100 min kvadrat metrdən artıqdır. Bina Rixter şkalasına görə 9 ballıq zəlzələyə davamlı olacaq.

OXŞAR XƏBƏRLƏR