"SOCAR Karbamid zavodunun ixrac etdiyi məhsullardan ildə 150 mln. dollar gəlir əldə edəcək".
AZXEBER.COM xəbər verir ki, bunu bu gün Bakıda Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham") üzvlərinin SOCAR və BP-nin yüksək vəzifəli rəsmilərinin fəaliyyətini səciyyələndirən Azərbaycanın neft strategiyasına həsr olunan işgüzar naharda SOCAR prezidenti Rövnəq Abdullayev deyib.
Onun sözlərinə görə, 2011-ci ildə təməli qoyulan SOCAR Karbamid zavodunda tikinti işlərinin 2017-ci ilin sonunda yekunlaşması və zavodun 2018-ci ilin əvvəlində istifadəyə verilməsi planlaşdırılır.
"Ümumi investisiya dəyəri 750 milyon avro olacaq zavoda istehsal ediləcək məhsulların daxili bazarın təminatı ilə yanaşı, Türkiyə, Gürcüstan, Aralıq dənizi ölkələrinə ixrac etməyi nəzərdə tuturuq", - deyə R. Abdullayev vurğulayıb.