SOCAR: Neft Emalı Zavodunda təmir işləri noyabrın əvvəlində yekunlaşacaq

SOCAR: Neft Emalı Zavodunda təmir işləri noyabrın əvvəlində yekunlaşacaq
SOSİAL
10:56 18.10.2019
3658

Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) həyata keçirilən planlaşdırılmış təmir işlərinin mərhələli şəkildə noyabr ayının 4-ü tarixinə qədər tam yekunlaşması planlaşdırılıb.

Bunu AZXEBER.COM -a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

O vurğulayıb ki, təmir işləri NEZ-in illik təmir planı əsasında aparılır: "Planlı təmir işləri bütün neft emalı zavodlarında mütəmadi keçirilməlidir. Bu işlərin əsas məqsədi zavod qurğularını sazlamaq və onların davamlı fəaliyyətini təmin etməkdir. Zavodun bütün qurğuları noyabrın 4-ü tarixinə qədər mərhələli şəkildə normal işini bərpa edəcək. Təmir işlərinin uzanması gündəmdə deyil”.

İ. Əhmədov benzin idxalı ilə bağlı qeyd edib ki, "Ai-92” benzinin idxalı yalnız planlı təmir müddətində lazım olur və bazarda logistika və qiymət baxımından mövcud olan ən uyğun təkliflər arasında qərar verilir. Onun sözlərinə görə, bu il planlı təmir işləri 1 ay müddətində nəzərdə tutulub və həmin müddət üçün 120 min ton civarında "Ai-92” markalı benzinin idxalı planlaşdırılıb. İ. Əhmədov artıq təxminən 45 min ton benzinin Azərbaycana gətirildiyini bildirib: "İdxal edilən bu benzin bu il də əsasən Rusiya mənşəlidir. Bundan başqa, 4 min ton civarında olan kiçik bir hissə Türkmənistandan idxal olunmaqdadır”.

SOCAR rəsmisi, həmçinin qeyd edib ki, zavodda növbəti təmir işləri gələn ilə planlaşdırılıb və təmirin dəqiq vaxt ilə bağlı qərarın ilin sonuna kimi verilməsi gözlənilir.

Qeyd edək ki, oktyabr ayının 4-dən etibarən Heydər Əliyev adına Neft Emalı Zavodunda planlaşdırılmış illik təmir işləri həyata keçirilir və bununla əlaqədar neft məhsullarının istehsalı dayandırılıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Özəl bağçalara dövlət yardımı: Valideynlər üçün hansı imkanlar yaranır?
16:22 21.07.2026
Özəl bağçalara dövlət yardımı: Valideynlər üçün hansı imkanlar yaranır?
Paşinyandan heyrətamiz faşist Njde QƏRARI
16:16 21.07.2026
Paşinyandan heyrətamiz faşist Njde QƏRARI
“TikTok-da tanış oldum, həkim olduğunu dedi” – Estetik əməliyyat qalmaqalı
16:15 21.07.2026
“TikTok-da tanış oldum, həkim olduğunu dedi” – Estetik əməliyyat qalmaqalı
Marsol Academy-nin Amerika Yay Məktəbi proqramı uğurla yekunlaşdı - FOTOLAR
16:12 21.07.2026
Marsol Academy-nin Amerika Yay Məktəbi proqramı uğurla yekunlaşdı - FOTOLAR
Prezident: Almaniya ilə enerji sahəsində əməkdaşlıq çox geniş sahədə olacaq
16:05 21.07.2026
Prezident: Almaniya ilə enerji sahəsində əməkdaşlıq çox geniş sahədə olacaq
İlham Əliyevlə Merts mətbuat konfransı keçirir
15:56 21.07.2026
İlham Əliyevlə Merts mətbuat konfransı keçirir
Qabiliyyət imtahanında inşanı kompüterdə yazacaqlar - Abituriyentlərin nəzərinə!
15:50 21.07.2026
Qabiliyyət imtahanında inşanı kompüterdə yazacaqlar - Abituriyentlərin nəzərinə!
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanıldı
15:42 21.07.2026
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanıldı
Beş ayda 8 min boşanma: Azərbaycanda ailələrdə nə baş verir? - RƏY
15:36 21.07.2026
Beş ayda 8 min boşanma: Azərbaycanda ailələrdə nə baş verir? - RƏY
Sistemdə qeydiyyatdan keçməyən lisenziyalı bağçalar hansılardır? – AÇIQLAMA
15:32 21.07.2026
Sistemdə qeydiyyatdan keçməyən lisenziyalı bağçalar hansılardır? – AÇIQLAMA
Bərdədə kanalda batan şəxsin meyiti tapıldı
15:27 21.07.2026
Bərdədə kanalda batan şəxsin meyiti tapıldı
Xaricdə təhsil adı ilə belə aldadırlar: Tələbələr və valideynlər üçün kritik xəbərdarlıq
15:21 21.07.2026
Xaricdə təhsil adı ilə belə aldadırlar: Tələbələr və valideynlər üçün kritik xəbərdarlıq
2026-cı ilin ilk altı ayında vəzifəsini itirən məmurlar: Kimlər postu ilə vidalaşdı?
15:05 21.07.2026
2026-cı ilin ilk altı ayında vəzifəsini itirən məmurlar: Kimlər postu ilə vidalaşdı?
Kəlbəcərdə mina partlayışı - Çoban xəsarət aldı
15:03 21.07.2026
Kəlbəcərdə mina partlayışı - Çoban xəsarət aldı
"Arzum"la bağlı yeni xəbər - Sabah...
14:58 21.07.2026
"Arzum"la bağlı yeni xəbər - Sabah...
Qvineyada “ASAN xidmət” təcrübəsinin tətbiqi üzrə əməkdaşlıq davam edir
14:46 21.07.2026
Qvineyada “ASAN xidmət” təcrübəsinin tətbiqi üzrə əməkdaşlıq davam edir