Beynəlxalq dərəcəli şose sayılan Gürcüstan-Qazax-Bakı magistralının üzərində - Goranboy rayonunun Boluslu kəndi ərazisində SOCAR brendi altında yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.
AZXEBER.COM bu barədə "SOCAR Petroleum" QSC-yə istinadən xəbər verir.
Məlumatda deyilir ki, bu istiqamətlərdə hərəkət edən avtonəqliyyat vasitəsi sahiblərinə bu YDM daha əlverişlidir.
Sayca 31-ci olan YDM-də "Premium”, "A-92” markalı benzin və "Dizel” tipli yanacaq məhsullarının satışı həyata keçiriləcək. Məntəqədə 4 yanacaqpaylayıcı kalonka quraşdırılıb. Bununla da altı kiçik avtonəqliyyat vasitəsi və iki iritutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb.