SOCAR prezidenti BP-nin hasilat və əməliyyatlar üzrə vitse-prezidenti ilə görüşdü - FOTO

İQTİSADİYYAT
13:06 26.10.2021
227

SOCAR-ın prezidenti Rövnəq Abdullayev BP-nin hasilat və əməliyyatlar üzrə vitse-prezidenti Qordon Birrelli qəbul edib.

Dövlət Neft Şirkətindən AZXEBER.COM-a verilən məlumata əsasən, bir neçə il bundan öncə BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti vəzifəsini icra etmiş Qordon Birrelli səmimi salamlayan SOCAR prezidenti onun yeni vəzifəsində uğurla fəaliyyət göstərməsindən məmnunluğunu bildirib.

Görüşdə SOCAR və BP tərəfdaşlığının müxtəlif aspektləri müzakirə olunub.

Abşeron yarımadasının dayazsulu hissəsində aparılan kəşfiyyat qazmasının gedişatı, həmçinin Azərbaycanda qaz hasilatının müxtəlif mənbələr hesabına daha da artırılması, yerli və qlobal qaz bazarının artan tələbatının ödənilməsində bunun əhəmiyyəti ətrafında geniş fikir mübadiləsi aparılıb.

BP-nin vitse-prezidenti təmsil etdiyi şirkətin Azərbaycanın neft-qaz sektorunda hələ uzun müddət fəaliyyət göstərməkdə maraqlı olduğunu bildirib.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev BP ilə həyata keçirilən birgə layihələrin inkişaf etdirilməsi əzmindən söz açıb, Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunmasının dövlət və şirkət üçün prioritet olduğunu vurğulayıb.

Tərəflər hazırkı mərhələdə AÇG layihəsi çərçivəsində aparılan hasilat-istismar işlərinin müvəffəqiyyətlə davam etdirildiyini nəzərə çatdırıb, yeni inşa olunmuş ACE özülünün yaxın aylarda dənizə yola salınması məsələsini müzakirə ediblər.

Eyni zamanda qonaqlara SOCAR-da istismar müddəti başa çatan dəniz özüllərinin davamlığını və texniki göstəricilərini artırmaq məqsədi ilə tətbiq olunan yeni texnoloji həllər haqqında məlumat verilib, qeyd edilib ki, SOCAR, yeni strategiyasına uyğun olaraq, şirkətin dənizdəki neft və qaz infrastrukturunda istifadə olunan enerjinin gələcəkdə qaz əvəzinə tədricən külək enerjisi kimi bərpa olunan mənbələr hesabına təminatı imkanlarını araşdırır.

Görüşdə iki şirkət arasında Xəzərin Azərbaycan sektorunda bu istiqamətdə əməkdaşlıq perspektivləri də müzakirə olunub.



OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:24 29.11.2021

İsveçrədə dünyada ilk dəfə COVID-pasportlarla bağlı referendum keçirilib

01:52 29.11.2021

Ukrayna prezidenti ilə mübahisə edən jurnalistə cinayət işi açılıb

00:32 29.11.2021

Türkiyədə ötən gün koronavirusdan 213 nəfər ölüb

00:01 29.11.2021

Seyid İbrahim Rəisi: “Azərbaycan və İran xalqlarının ürəkləri bir döyünür”

23:51 28.11.2021

İran Prezidenti: “Bizim mövqeyimiz bundan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır”

23:40 28.11.2021

Tovuzda ölümlə nəticələnən qəza baş verib

23:17 28.11.2021

Sahibə Qafarova İspaniyada pakistanlı həmkarı ilə görüşdü

22:57 28.11.2021

İsraildə omikron ştammına yoluxanları kəşfiyyat izləyəcək

22:50 28.11.2021

Ekspertlər iqtisadi əməkdaşlıq təşkilatının regiona müsbət təsirindən danışdı – VİDEO

22:45 28.11.2021

Omikron ştammı digər növlərdən daha yoluxucudur? - ÜST-dən açıqlama

22:39 28.11.2021

Saakaşviliyə yeni diaqnoz qoyuldu

22:15 28.11.2021

İran turistlər üçün vizaların verilməsini bərpa edir

21:55 28.11.2021

Qax sakinlərindən örnək addım – VİDEO

21:49 28.11.2021

Prezident İlham Əliyevin Türkmənistana səfəri başa çatdı

21:43 28.11.2021

İlham Əliyev: “Bundan sonra İranla əlaqələr bütün sahələrdə yüksələn xətlə inkişaf edəcək”

21:36 28.11.2021

İlham Əliyev Aşqabadda Rəcəb Tayyib Ərdoğanla görüşüb