SOCAR prezidenti Əfqanıstanın Ticarət və Sənaye naziri ilə görüşüb

İQTİSADİYYAT
22:14 11.10.2019
8555
Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Əfqanıstan İslam Respublikasının Ticarət və Sənaye naziri Acmal Əhmədinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

AZXEBER.COM SOCAR-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Əfqanıstan iqtisadi əlaqələrinin inkişafında neft-qaz sahəsində münasibətlərin roluna toxunulmuş, son illərdə Azərbaycanda istehsal olunan neft məhsullarının Əfqanıstanın yanacaq bazarında mühüm yer tutduğu vurğulanıb.  

Əfqanıstan İslam Respublikasının Ticarət və Sənaye naziri Acmal Əhmədi ölkəsinin yanacaq bazarı haqqında SOCAR prezidentinə məlumat verib, idxalın şaxələndirilməsi məqsədi ilə SOCAR-la əməkdaşlığın yeni müstəviyə qaldırılmasında maraqlı olduqlarını qeyd edib. 

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivlərini müzakirə olunub. 

OXŞAR XƏBƏRLƏR