​SOCAR prezidenti "ExxonMobil"in rəhbəri ilə görüşüb

SOSİAL
13:08 17.06.2016
1380
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və "ExxonMobil Corporation"in icraçı direktoru (CEO) Reks Tillerson (Rex Tillerson) arasında görüş keçirilib.
"Report" xəbər verir ki, görüş dünən işə başlayan Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində baş tutub.
Görüş zamanı enerji sahəsində əməkdaşlıq, həmçinin "Azəri-Çıraq Günəşli" (AÇG) layihəsi ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, AÇG layihəsində "ExxonMobil" 8% paya malikdir.
Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu iyunun 18-dək davam edəcək.
OXŞAR XƏBƏRLƏR