SOCAR prezidenti Qələbə münasibətilə şirkətin rəhbər heyəti ilə onlayn görüş keçirib

SOCAR prezidenti Qələbə münasibətilə şirkətin rəhbər heyəti ilə onlayn görüş keçirib
SOSİAL
18:55 10.11.2020
768
Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev şirkətin rəhbər heyəti, idarə və müəssisə rəhbərləri ilə Azərbaycanın böyük Qələbəsi münasibətilə onlayn görüş keçirib.

AZXEBER.COM-un SOCAR-a istinadən verdiyi məlumata görə, görüş iştirakçılarını Vətən müharibəsində əldə olunan qələbə münasibətilə təbrik edən R.Abdullayev deyib ki, xalqımızın Silahlı Qüvvələrin Ali Baş Komandanı ətrafında bir yumruq kimi sıx birləşməsi ölkəmizin müdafiə gücünü artırıb: "Müzəffər Ordumuzun bir-birinin ardınca qazandığı hərbi əməliyyatlar nəticəsində düşmənin müqaviməti qırıldı. Duruş gətirə bilməyən düşmən təslim olmaq məcburiyyətində qaldı. Beləliklə də, qələbə bizim oldu! Bu qələbədə bütün Azərbaycan xalqı kimi, çoxminli neftçilərin də danılmaz əməyi var. Bu münasibətlə mən neftçi həmkarlarımızı ürəkdən təbrik edirəm. Biz çox xoşbəxt insanlarıq ki, ulu Tanrı bizə bu günləri görməyi nəsib etdi. İndi qarşımızda daha məsul vəzifələr durur. Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin də bildirdiyi kimi, biz Qarabağımızı, xüsusilə onun incisi olan Şuşa şəhərini dirçəltməliyik. Azərbaycan neftçiləri olaraq, bu işdə bütün gücümüzü səfərbər edib daha da əzmlə çalışacağıq”.

SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə də görüşdə çıxış edərək neftçilərimiz də daxil olmaqla bütün Azərbaycan xalqını, xüsusilə Milli Ordumuzu və onun başında duran Ali Baş Komandanımız İlham Əliyevi təbrik edib: "Qələbənin əldə olunmasında Azərbaycan neftçilərinin rolu böyükdür. Bu qələbə Ordumuzun rəşadətli əsgər və zabitlərinin, eyni zamanda ölkəmizin maddi vəziyyətinin, xalqımızın sosial rifahının yüksəlməsi, ordumuzun maddi təminatının yaxşılaşdırılması üçün gecə-gündüz yorulmaq bilmədən əzmlə çalışan neftçilərin əməyinin nəticəsidir. Möhtərəm Prezidentimiz özü də neftçilərlə çiyin-çiyinə çalışıb, onda da neftçi ruhu var. Azərbaycan xalqının qətiyyətli lideri, rəşadətli Ordumuzun Ali Baş Komandanı kimi bu qələbənin əldə olunmasında məhz İlham Əliyev həlledici rol oynayıb. Onun xalqımıza, xalqımızın ona olan inamı, bu çətin vəzifənin öhdəsindən gəlməyə imkan verdi. Azərbaycan neftçiləri olaraq, biz hər zaman cənab Prezidentimizin arxasındayıq və onunla fəxr edirik!”

Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev də səsləndirilən təbriklərə qoşularaq işğaldan azad olunan Qarabağ torpaqlarında bundan sonra aparılacaq quruculuq işlərində neftçilərin fəal rol oynayacaqlarına, onların öz zəhməti, biliyi, əzmi və iradəsi ilə Vətənimizə davamlı olaraq xidmət edəcəklərinə əminliyini bildirib.

Görüşdə neftçilər adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarına müraciət qəbul olunub.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
Prezident azad edilmiş ərazilərdə qısa müddətdə görülən işləri möcüzə kimi dəyərləndirib
20:56 19.07.2025
Prezident azad edilmiş ərazilərdə qısa müddətdə görülən işləri möcüzə kimi dəyərləndirib
İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik - İlham Əliyev
20:42 19.07.2025
İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik - İlham Əliyev
Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub
20:36 19.07.2025
Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub
İlham Əliyev Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirib
20:28 19.07.2025
İlham Əliyev Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirib
Sumqayıtda ağır yol qəzası baş verib, yaralılar var
20:26 19.07.2025
Sumqayıtda ağır yol qəzası baş verib, yaralılar var
Azərbaycan Prezidenti Ermənistanla sülh müqaviləsinin hansı halda imzalana biləcəyini açıqlayıb
20:19 19.07.2025
Azərbaycan Prezidenti Ermənistanla sülh müqaviləsinin hansı halda imzalana biləcəyini açıqlayıb
Prezident Şuşa Forumunda öz siyasətinin təməl prinsiplərini sadalayıb
20:17 19.07.2025
Prezident Şuşa Forumunda öz siyasətinin təməl prinsiplərini sadalayıb
İlham Əliyev Cənubi Qafqaz haqqında: Kifayətdir, biz artıq sülh şəraitində yaşamalıyıq
20:13 19.07.2025
İlham Əliyev Cənubi Qafqaz haqqında: Kifayətdir, biz artıq sülh şəraitində yaşamalıyıq
Azərbaycan vətəndaşı Naxçıvana gedərkən erməni sərhədçinin üzünü görməli deyil - Prezident
20:11 19.07.2025
Azərbaycan vətəndaşı Naxçıvana gedərkən erməni sərhədçinin üzünü görməli deyil - Prezident
Prezident: Azərbaycan sabitdir, özünü təmin edir və gələcəyə dair aydın baxışı var
20:05 19.07.2025
Prezident: Azərbaycan sabitdir, özünü təmin edir və gələcəyə dair aydın baxışı var
"Azad edilmiş ərazilərə qayıdan insanların sayı bundan sonra daha çox artacaq"
19:59 19.07.2025
"Azad edilmiş ərazilərə qayıdan insanların sayı bundan sonra daha çox artacaq"
İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - VİDEO
19:54 19.07.2025
İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - VİDEO