"SOCAR Turkey Energy"nin I vitse-prezidenti Samir Kərimov SOCAR prezidentinin müşaviri təyin olunub

"SOCAR Turkey Energy"nin I vitse-prezidenti Samir Kərimov SOCAR prezidentinin müşaviri təyin olunub
İQTİSADİYYAT
11:45 22.04.2016
1759
“SOCAR Turkey Energy” şirkətinin I vitse-prezidenti Samir Kərimov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin müşaviri vəzifəsinə təyin olunub.
Bu barədə “Report”a “SOCAR Turkey Energy”nin Kommunikasiya Departamentindən məlumat verilib.
Departamentdən bildirilib ki, Azərbaycan Dövlət Neft Şirkətinin beynəlxalq kapital bazarlarının yaratdığı imkanlardan istifadə etməklə, SOCAR qrupuna daxil olan qurumlar üçün əlavə dəyər yaradacaq layihələrin idarəetmə mexanizmlərinin formalaşdırılması zərurətini nəzərə alaraq SOCAR-ın beynəlxalq kapital bazarları ilə əlaqədar layihələrinin idarə edilməsi üzrə səlahiyyətlər şirkətin prezidentinin müşaviri Samir Kərimova həvalə edilib.
“SOCAR dünyanın neft-qaz bazarlarında cərəyan edən prosesləri yaxından izləməklə bu bazarda mövcud mövqeyini qorumaq və daha da yaxşılaşdırmaq istiqamətində zəruri addımlar atır. Bu məqsədlə Samir Kərimov SOCAR-ın təsisçiliyi ilə yaradılmış və yaxud SOCAR-ın nizamnamə kapitalında birbaşa və yaxud dolayı yolla paya sahib olan hər hansı bir qurumun kapital bazarları ilə bağlı strategiyalarını müəyyən etmək və onların həyata keçirilməsini təmin edəcək”, - “SOCAR Turkey Energy”dən bildirilib.
Ayrıca, beynəlxalq kapital bazarları ilə əlaqədar layihə qrupu SOCAR Qrupu ilə maraqlanan bütün investorlar və fondlar ilə görüşlər təşkil etmək, danışıqlar həyata keçirmək, bu qurumların investorlar tərəfindən lazımi şəkildə tanınması üçün müvafiq tədbirlər görməklə də məsul olacaq.
SOCAR-ın prezidenti tərəfindən verilmiş səlahiyyətlərə uyğun olaraq, SOCAR Qrupu adına beynəlxalq birjalarda səhm və digər qiymətli kağızların alqı-satqısı və s. formada mübadilə əməliyyatlarını həyata keçirmək, IPO və kapital bazarlarındakı digər fəaliyyətlərlə bağlı müvafiq ölkələrin tənzimləyici qurumları ilə münasibətləri və əlaqələri qurmaq və idarə etmək məsələləri də kapital bazarları üzrə layihə rəhbəri S.Kərimova həvalə olunacaq.
Qeyd edək ki, S.Kərimov 2010-cu ildən "SOCAR Turkey Energy"nin I vitse-prezidenti olub. Bundan əvvəl, ABŞ-da Hyuston mərkəzli 
“Universal-Pegasus Holding”də beynəlxalq biznesin inkişafı üzrə əlaqələndirici olaraq fəaliyyət göstərən S.Kərimov Şimali Amerika, Şimali Afrika, Orta Şərq, Orta Asiya və Hindistanda müxtəlif layihələrin icrası ilə məşğul olub.
Enerji sektorundakı kariyerasının təməlini ABŞ-dakı Hyuston Universitetinin nəzdində yer alan Qlobal Enerji İdarəçiliyi İnstitutunda alan S.Kərimov MBA dərəcəsini Luiziana ştatındakı MakNizi Universitetində biznes idarəçiliyi üzrə, ali təhsilini isə İstanbul Universitetinin biznes idarəçiliyi fakültəsində tamamlayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb