“SOCAR Turkey Enerji. A.Ş.” nüfuzlu mükafata layiq görülüb

İQTİSADİYYAT
13:13 11.10.2017
1244

Türkiyənin Antalya şəhərində, ölkənin energetika bazarı, ictimai və özəl sektor qurumlarının birgə təşkilatçılığı ilə 8-ci Türkiyə Enerji Zirvəsi keçirilib.

"Report” türk mətbuatına istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi – "SOCAR Turkey Enerji. A.Ş.” "Qızıl klapan” mükafatına layiq görülüb.

Mükafatı Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Fatih Dönməz şirkətin Biznesə dəstək üzrə rəhbəri Gülmirzə Cavadova təqdim edib.

Bununla bağlı açıqlama verən "SOCAR Turkey Enerji A.Ş.”nin xarici əlaqələr üzrə rəhbəri Murad LeCompte bildirib ki, təmsil etdiyi şirkət bütün fəaliyyətini ətraf mühitin və insan sağlamlığının qorunması əsasında qurub. Onun sözlərinə görə, hazırda "SOCAR Turkey Enerji A.Ş.” Türkiyədə ən böyük investordur və energetika sektorunın qabaqcıl şirkətlərindəndir.

"Yekun dəyəri 19,5 mlrd. dollar olacaq layihələri reallaşdırarkən ekoloji cəhətdən təmiz və bərpa olunan enerji mənbələrindən istifadə etməyə çalışırıq”, - deyə o, qeyd edib.

"Qızıl klapan” mükafatına layiq görülmələrindən qürur hissi duyduqlarını ifadə edən Murad LeCompte sosial məsuliyyət çərçivəsində ətraf mühit, təhsil, idman, mədəniyyət və incəsənət sahələrinə dəstək verməkdə davam edəcəklərini deyib. Onun sözlərinə görə, "SOCAR Turkey Enerji A.Ş.” ətraf mühitə və insanlığa fayda gətirmək üçün sosial dəyər yaratmaq uğrunda bütün imkanları ilə çalışır: "Biz həmişə insanlara və ətraf mühitə, universal dəyərlərə söykənərək investisiya edirik".

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:31 13.02.2025

HƏMAS-la İsrail arasında girov mübadiləsi bu tarixdə davam edəcək

15:26 13.02.2025

"Azərbaycanın regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir"

15:21 13.02.2025

"Bağıraraq danışan adamlar yalançı olur" - Cavidandan Əli Nura cavab

15:13 13.02.2025

Kirkorovun yenidən vergi borcu olduğu ortaya çıxdı

15:11 13.02.2025

"Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırdı

15:09 13.02.2025

Tehranda Üçüncü Xəzər İqtisadi Forumu keçiriləcək

15:03 13.02.2025

Yeni yaranan ulduzu görüntüləmək mümkün oldu - FOTOLAR

15:01 13.02.2025

"Televiziya auditoriyasının alıcılıq qabiliyyəti daha yüksəkdir" - Rolan Mammadlinski

14:49 13.02.2025

Bu ölkədə ev heyvanlarına pasport almaq məcburi oldu - FOTOLAR

14:48 13.02.2025

"Nike" və "Adidas"a rəqib olan məşhur geyim şirkəti iflas etdi

14:44 13.02.2025

Elnur Bağırov təbii inhisarçılarla "vuruşa" biləcəkmi yaxud "vuruşmaq" istəyəcəkmi?

14:42 13.02.2025

Ukraynada Poroşenko və bir sıra şəxslərə qarşı sanksiyalar tətbiq edildi

14:38 13.02.2025

Azərbaycan millisinin baş məşqçisi mükafata layiq görüldü

14:38 13.02.2025

"Qalatasaray" və "Fənərbağça"nın oyunları saat neçədə, hansı telekanalda?

14:37 13.02.2025

Münxendə avtomobil izdihamın üzərinə sürülüb, xəsarət alanlar var

14:36 13.02.2025

Alişan Sevgililər günündə həyat yoldaşına Ümrə ziyarəti hədiyyə etdi