“SOCAR-Türkiyə” “Petlim” limanı strateji maliyyə məsələlərini dəyərləndirmək üçün “Goldman Sachs” şirkəti ilə danışıqlara başlayıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə “Reuters” informasiya agentliyinə müsahibəsində “SOCAR-Türkiyə” şirkətinin icraçı-direktoru Kənan Yavuz bildirib.O qeyd edib ki, liman üzrə maliyyə hissələrinin yerləşdirilməsi və strateji ortaqlıq üçün müzakirələr aparılır.K,Yavuzun sözlərinə görə, “Petlim” limanının ilkin mərhələdə hissələrinin satış həcminin 1,5 milyon avro olacağı gözlənilir.O, hissələrin satışının birja vasitəsi ilə həyata keçirilməsinin də planlaşdırıldığını qeyd edib.K. Yavuz bunun Türkiyəyə xarici sərmayə axınına müsbət təsir göstərəcəyini hesab edir:“Limanın layihə üzrə maliyyələşdirilməsində heç bir problem yoxdur. “Petkim” şirkəti “Petlim” limanının hissə satışından əldə edəcəyi vəsaiti “Star” neft emalı zavodundan hissə alınmasına yönəldə bilər. Digər tərəfdən, dünyanın nəhəng maliyyə şirkəti olan “Goldman Sachs”ın layihədə yer alması sərmayəçi cəlb etmək üçün də mühüm amil olacaq”,-deyə, şirkətin icraçı-direktoru əlavə edib.