Soçidə prezidentlərin görüşü sabah olacaq

SİYASƏT
14:21 09.08.2014
3432

Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Novruz Məmmədov Azərbaycan və Ermənistan prezidentlərinin görüş tarixini açıqlayıb. 

AZXEBER.COM xəbər verir ki, N.Məmmədov tvitter hesabında qeyd edib ki, dövlət başçısı İlham Əliyev həmkarı Serj Sarkisyanla sabah görüşəcək:

“Biz hazırda Soçidəyik. Bu gün Azərbaycan və Rusiya prezidentlərinin əməkdaşlığın genişləndirilməsi istiqamətində ikitərəfli görüşləri olacaq. Lakin Azərbaycan və Ermənistan prezidentlərinin Rusiya dövlət başçısının iştirakı ilə görüşləri sabah baş tutacaq.

OXŞAR XƏBƏRLƏR