Səudiyyə Ərəbistanda insanları dəhşətə gətirən hadisə baş verib.AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 1 yaşlı qız uşağı hamilədir.
Həkimlər qeyd ediblər ki, bu, tibb aləmində çox gec-gec rastlanan bir olaydır. Onların sözlərinə görə, hamiləlik zamanı iki embrion ana rəhminə düşərək digər ebrion isə hələ doğulmamış körpənin rəhminə düşüb.
Hadisə haqqında mətbuatda informasiya yayıldıqdan sonra həkimlər 1 yaşlı uşağın bətnindən digər canlını necə çıxardacaqları haqqında düşünürlər. Mütəxəssislərə görə, bu tip olaylar 500 mində bir qarşılarına çıxır.
Xatırladaq ki, bundan öncə Hindistanda da 2 dəfə bənzər hadisə yaşanıb. 2002-ci ildə 6 aylıq bir körpənin vücudunda 1 kiloluq ölü dölə rast gəlinib. 2006-cı ildə isə qarın şişliyi səbəbi ilə həkimə müraciət edən valideynlər uşağın hamilə olduğunu eşidəndə böyük təəccüb hissi keçiriblər.Ayşə İsazadə