ŞOK! 17 yaşlı oğlan 15 yaşlı qızı zorlayıb yandırdı

DÜNYA
00:52 16.05.2013
7184
Rusiyanın Stavropol vilayətinin Novopavlovski kəndində dəhşətli cinayət törədilib.AZXEBER.COM-un Rusiya KİV-lərinə istinadən verdiyi məlumatına görə, 17 yaşlı oğlan 15 yaşlı qızı zorlayıb yandırmaqda günahlandırılır.İstintaqın versiyasına görə həddi-buluğa çatmayan yeniyetmələr 10 mayda Kura çayı ətrafında dincələn zaman aralarında mübahisə düşüb. Əsəbiləşən gənc qızı döyməyə başlayıb. Zərərçəkmiş huşunu itirdikdən sonra cinayətkar onu zorlayıb və boğmağa cəhd edib.Daha sonra qızı quru otun içinə büküb, yandırıb və hadisə yerindən qaçıb. Qız tam yanmadan alov sönüb. Bir müddət keçdikdən sonra yeniyetmə qızın huşu özünə gəlib və evlərinə gedib çıxa bilib.Müxtəlif bədən xəsarətləri almış və bədəninin 32% hissəsi yanmış 15 yaşlı qız xəstəxanaya yerləşdirilib.

OXŞAR XƏBƏRLƏR