İngiltərədə neyrocərrahlar tibb aləminin ən unikal əməliyyatlarından birini həyata keçiriblər.
Kraniosinostoz diaqnozu qoyulmuş 3 yaşlı Arçi Doddun qafa sümükləri əyri və anormal dərəcədə nahamvar olduğundan, uşaq dünyaya gəldiyi gündən çox güclü kəllədaxili təzyiqə malikdi.
Həkimlər uşağın valideynlərinə demişdilər ki, Arçi ən uzağı bir həftə yaşayacaq.
AZXEBER.COM "Daily Mail"ə istinadən bildirir ki, Arçi həkimlərin dediklərini yalan çıxardı və 3 yaşına çatdı.Milli.Az bildirir ki, İngiltərənin Derbişir qraflığındakı Çesterfild şəhərində yaşayan Arçinin kəllə sümükləri əyri olduğundan, onun beyni sıxılır və inkişafdan qalırdı.Belədə, neyrocərrahlar uşağı ölümdən xilas etmək üçün unikal, çox riskli əməliyyat aparmaq qərarına gəldilər.Arçinin kəllə sümükləri sındırılıb parçalandı, sonra o kiçik parçalar yenidən yığıldı və normal qafa formasını aldı.3 yaşlı Arçi bu yaxınlarda həyatında ilk dəfə yaşıdları ilə futbol oynayıb, deyib-gülüb, meydanda o baş-bu başa qaçıb.Kəllə sümüklərinin təhlükəsiz halda tam birləşməsi üçün Arçi bundan sonra 6 ay başında plastik şlem dolaşmalıdır.Eyni zamanda, uşağın kəllə travması almasına yol verməmək üçün onun evindəki bütün iti uclu əşyalar çıxarılıb.Arçinin valideynləri Pol və Şeril Doddun dediklərinə görə, 3 yaşlı oğlan indi özünü əla hiss edir.O, qardaşları - 12 yaşlı Kallum və 8 yaşlı Spenserlə oynayır.