“The Independent” avtomobillərin yuyulması məntəqəsində işləyən Jilbertu Arauju öz dəfninə gəlib. Dəfndəkilər gördüklərindən dəhşətə gəliblər və onların əksəriyyəti qəbiristanlıqdan qaçmağa başlayıb.Məlum olub ki, dostları və qohumları 41 yaşlı kişini səhvən dəfn ediblər. Polis meyitin şəxsiyyətini düz müəyyənləşdirməyib. Belə ki, ölən avtomobillərin yuyulması məntəqəsində işləyən başqa adam - Jenivalda Santus Qama olub. Polis əməkdaşı onun qohumları əvəzinə Jilberto Araujunun qardaşına zəng vurub. Qardaşı morqa gəlib və o da meyitin qardaşına məxsus olduğunu təsdiqləyib. Polisdən bildiriblər ki, bu, təəccüblü deyil: onların hər ikisi bir-birinə çox oxşayır. Üstəlik, qardaşı Jilberto Araujunu neçə illərdir görmürmüş.Jilberto Araujunun sözlərinə görə, o, küçə ilə getdiyi vaxtda dostlarından biri yaxınlaşıb və onun dəfninə getdiyini bildirib. Kişi valideynləri zəng edərək sağ olduğunu bildirsə də, valideynləri bunu yersiz zarafat hesab ediblər. Jilberto Arauju isə sağ olduğunu sübut etmək üçün qəbiristanlığa yollanıb.
![](/file/pic/xeber/2012-10-25/132566.jpg)
![](/file/pic/xeber/2012-10-25/132570.jpg)
![](/file/pic/xeber/2012-10-25/132575.jpg)