ŞOK! 6 nəfər 23 yaşlı qızı zorlayaraq öldürdü

ŞOK! 6 nəfər 23 yaşlı qızı zorlayaraq öldürdü
DÜNYA
10:47 03.01.2013
5231
Bu gün Hindistanda ölkə tarixində ən səs-küylü məhkəmə proseslərindən biri başlayır. Söhbət Paytaxt Nyu-Dehlidə 23 yaşlı tələbə qızın kütləvi şəkildə zorlanması və sonradan xəstəxanada ölməsi ilə bağlı məhkəmə işindən gedir. Müttəhimlər kürsüsündə əyləşən 6 nəfərə ölüm hökmünün verilməsi tələb edilir. Məhkəməyə aidiyyatı olan 2500 vəkilin hamısı müttəhimləri müdafiə etməkdən imtina edib. Onların fikrincə, bu cür cinayəti müdafiə etmək və bu insanların maraqlarını təmsil etmək mənəviyyatsızlıq olardı. İndi müttəhimlərin müdafiəçilərini dövlət təyin edəcək. Müttəhimlərdən birinin yetkinlik yaşına çatmadığı bildirilir.Xatırladaq ki, vəhşi cinayət dekabrın ortalarında törədilmişdi. 23 yaşlı tələbə qız dostu ilə kinodan qayıdarkən avtobusda içkili şəxslərin hücumuna məruz qalmışdı. İstintaq sonradan onların hamısının avtobus sürücüsünün tanışları olduğunu müəyyənləşdirib. 3 nəfər gənc qızın dostunun ifadəsi ilə dərhal, 3 nəfər isə axtarışa verildikdən sonra həbs edilmişdi. Təcavüzə məruz qalmış gənc qız ağır vəziyyətdə təyyarə ilə Hindistandan Sinqapura aparılmış və bir neçə gündən sonra xəstəxanada dünyasını dəyişmişdi. Həkimlər onun daxili orqanlarının və beyninin zədələndiyini bildirirdilər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
00:25 29.06.2025
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
Xamenei və onun Azərbaycanla müharibəsi
00:14 29.06.2025
Xamenei və onun Azərbaycanla müharibəsi
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
23:59 28.06.2025
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
23:50 28.06.2025
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
23:34 28.06.2025
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
21:50 28.06.2025
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb