AZXEBER.COM-un Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, İrina M. adlı qadın üzvü olduğu "Antixrist dini" (Религия Антихриста) sektasından aldığı sms-dən sonra bu addımı atıb. Həmin “sms”də “ruhunu təmizləmək istəyirsənsə, oğlunu qurban kəs” deyə yazılıbmış. Bundan sonra qatil ana körpəni götürərək göl kənarına gəlib. Uşaq qatili 1 yaş 7 aylıq Paveli çantada yaşadığı ərazinin yaxınlığındakı gölün kənarına gətirib, balta ilə başından bir neçə zərbə vurub. Bundan sonra körpəni suya atıb. Cinayət işlətdiyi soyuq silahı gizlədib və evə gəlib yatıb.Qatil ana baş verənlərdən sonra 10 gün evdən çıxmayıb. Paveli xəbər alanlara isə "rəfiqəmin evindədir" deyə cavab verib. İrina körpənin harada olması ilə maraqlanların suallarının səngimədiyini görüb, oğlunun itməsi ilə bağlı polisə müraciət edib.Qətlə yetirilən uşağın atası Aleksandr hadisəni belə şərh edib: "Mənim arvadıma o ərəfədə sms gəlmişdi ki, Pavliki öldürmək lazımdır. Mən bunu ciddi qəbul etmədim. Biz qızımla birlikdə başqa evdə yaşayırıq. Ancaq görünür ki, İrina inanıb ki, Pavliki öldürməklə xeyirxah iş tutub. Uşağı, baltanı götürüb və gölə gedib..."Müstəntiqlər dindirilmə zamanı baş verənlərin təfərüatını öyrənməyə nail olublar. Qadın hər şeyi etiraf edib və buna ayrı yaşadığı əri ilə daimi münaqişələri səbəb gətirib.Həmçinin aydın olub ki, İrina 2006-cı ildə onu "İblisin özünün idarə etdiyi" "Antixrist dini" sektasına aparan bir qadınla tanış olub. İrina həbs edildikdən sonra sektanın rəhbəri saxlanılıb.