Türkiyə polisi utancverici cinayətin üstünü açıb
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyənin Ərzurum şəhərində qızını kişilərə satan ana həbs edilib. Müştəri qismindəözünü təqdim edən polis, onu elə cinayət başında yaxalayıb.
Belə ki, Ərzurum polisinin apardığı əməliyyat hər kəsi çaşqınlığa salıb. Şəhərdə yaşayan bir qadın öz qızını pul müqabilində kişilərə sataraq, onu məcburən fahişəliyə cəlb edib. Amma polis bu cinayətin üstünü tez bir zamanda açıb. Onlar müştəri qılığına girərək, barəsində şikayət edilən qadını tapıb və həbs edib.
Həyata keçirilən əməliyyatın sonunda məlum olub ki, o, 85 lirəyə qızını kişilərə satıb.