"Bacımı sevirəm və onunla birlikdə yaşamaq istəyirəm. Bu hüququmu niyə əlimdən alırlar, anlamıram".
Almaniya vətəndaşıPatrik Stebinqhüquqlarının kobud şəkildə pozulduğunu deyir. Halbuki dünyanın istənilən ölkəsində onu dünyanın ən iyrənc və əxlaqsız insanlarından biri sayardılar. O cümlədən də Almaniyada.Çünki Patrik Stebinq doğma bacısıSyuzan Karolevskiilə ər-arvad kimi yaşayır. Daha doğrusu, Syuzan ərindən boşanandan sonra doğma qardaşı ilə yaşamağa başlayıb və bu "həyat"dan da 4 uşaq doğub.Patrik indi həmin uşaqların həm atası, həm də dayısıdır.Patrik Stebinq və Syuzan Karolevski hüquqlarının pozulduğunu, Almaniyada rəsmi nikaha icazə verilmədiyini bildirərək Strasburqdakı Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmişdilər.Fəqət, məhkəmənin hakimləri belə bu zinadan, iyrənc əməldən heyrətləniblər və qardaşla bacının nikahının yolverilməz olduğunu bildiriblər.Stebinq Almaniyada 2005-ci ildə insestdə suçlanaraq, 15 ay müddətinə həbs edilmişdi.Avropa İnsan Haqları Məhkəməsinin qərarında bildirilib ki, Avropa Birliyinin 47 ölkəsində olduğu kimi, Almaniyada da bacı və qardaş arasında nikah yolverilməzdir.Almaniyanın Leypsiq şəhərində 1976-cı ildə doğulmuş Stebinqin dediyinə görə, bacısı ilə hələ uşaqlıq illərində ayrılıb."Bizi uşaq evinə vermişdilər. 3 yaşım olanda bacımla məni uşaq evinə verdilər, 4 il sonra isə məni Potsdamdakı ailə övladlığa götürdü. Sonra bacımla qarşılaşdım. O zaman bacım artıq boşanmışdı. Birlikdə yaşamağa başladıq", - Patrik bildirib. (milli.az)