Qadın evi yandırmasını ərinin ona xəyanəti ilə əsaslandırıb
Azərbaycanın əməkdar artsiti, xanəndə Simarə İmanovanın ailəsində şok hadisə yaşanıb. İki gün əvvəl xanəndənin İmişili rayonu, Əliqulular kəndində yerləşən ata yurdu yanıb. Öncə yanğının təsadüfən yanması ehtimal olunsa da, sonradan hadisənin qəsdən törədildiyi məlum olub. Araşdırmalardan sonra müyyən edilib ki, sən demə, evi S.İmanovanın anası Minəbəyim İmanova yandırıb.
Qadın evi yandırmasını ərinin ona xəyanəti ilə əsaslandırıb. Bir müddət əvvəl S.İmanovanın atası Cəmaləddin İmanov həyat yoldaşından ayrılaraq başqa bir qadınla evlənib. Bundan əsəbləşən qadın evə benzin tökərək od vurub.
Əliqulular bələdiyyəsi də faktı təsdiqləyib. Bələdiyyədən hadisə ilə bağlı bu fikirlər səsləndirilib: “Evin elektkrik qısaqapanmasından yandığı iddia edilsədə, sonradan hadisənin Minəbəyim İmanova tərəfindən törədildiyi üzə çxdı. Hazırda həmin evin yanmış xarabalıqları qalıb” .
//”Qafqazinfo”