Gürcüstan əslli qadının mobil telefondan dəlil kimi götürülmüş video məhkəmə hakimlərini şoka salıb. “Doğan” agentliyinin (DHA) yaydığı məlumata görə, hadisə Türkiyə Ərzurum şəhəri 2 saylı Ağır Cinayətlərə dair məhkəməsində baş verib. Məlumata görə, görüntülər Rize vilayətinin Pazar rayonunda fahişəliyə cəlb etmək, insan ticarəti, bu məqsədlə yer təmin etmək cinayətləri ilə mühakimə olunan gürcüstanlı İnqa G.nin mobil telefonundan tapılıb.Qeyd edək ki, görüntülərdə bir qadının diri-diri torpağa basdırılması qeydə alınıb. Basdırılan qadın rusca yalvararaq buraxılmasını istəyir və çox qorxduğunu deyir. Onun üstünü torpaqlayan şəxs isə kürəklə onun başına vurur.Yuxarıda sadalanan cinayətlər səbəbindən həbsdə olan İnqa G.nin bu görüntülərlə qadınları qorxudaraq fahişəliyə sövq etdiyi bildirilib. Məhkəmə isə Pazar rayonunda otel, bar, yeməkxana və s. işlədən 7 nəfər barəsində 3 il ilə 7 il arasında dəyişən həbs qərarı verib.