Şok! Hörümçək qadının qulağında yuva qurdu

DÜNYA
07:37 11.08.2012
3962
Çində qulaq qaşıntısı şikayəti ilə həkimə müraciət edən qadının qulağında canlı hörümçək aşkarlanıb. Bir neçə gün əvvəl qadının qulağına girən və ölməyən hörümçəyin çıxarılması həkimlər arasında müzakirəyə səbəb olub. Həkimlər daha əvvəl hörümçəyi qulaqdan alətlə çıxarmaq barədə fikirləşsələr də həşəratın ayaqlarında olan tüklərin qulağa zərər verəcəyini güman edərək bu fikirlərindən daşınıblar. Həkimlər daha sonra duz məhlulundan istifadə edərək hörümçəyin özü-özünə qulaqdan çıxamasını təmin ediblər. Adı sadəcə Xanım Li (Lee) kimi bildirilən qadın həşərat qulağından çıxarıldıqdan sonra xəstəxananı göz yaşları içində tərk edib.

OXŞAR XƏBƏRLƏR