Serbiyalı model sevgilisi tərəfindən qətlə yetirildi.
Gün.Az Türkiyənin gazetevatan.com saytına istindaən xəbər verir ki, 25 yaşlı model Vladislas Çervenka Serbiyanın ikinci böyük şəhəri olan Novi Saddakı evində ölü tapılıb. Bədənində ağır xəsarətlər olan Çervenkanın döyülərək öldürüldüyü bildirilib. Bundan sonra axtarışa keçən polis hadisənin Çervenkanın özü kimi model olan sevgilisi Dariyan Musiç tərəfindən törədildiyini müəyyənləşdirib. Bank hesabındakı bütün pulları götürən və ölkədən qaçmağa hazırlaşan Musiçi polis lazımi vaxtda həbs edib.