ŞOK: Universitetdə tələbə qızlar qiymətə görə zorlanıb - FOTO +VIDEO

DÜNYA
12:15 15.11.2013
10838
Bundan hiddətlənən sakinlər universitetə basqın edib, rektor isə buna etiraz edib
Türkiyənin Hakkari Universitetində seks qalmaqalı gündəmdən düşmək bilmir. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 5 tələbə hələ may ayında prokurorluğa gələrək qiymət müqabilində müəllimlərin onları cinsi əlaqəyə məcbur etdiyini bildiriblər. Polis əldə olan məlumatlar əsasında 6 ay araşdırmadan sonra eyni zamanda 20 ünvanda əməliyyat keçirib. Əməliyyatda aralarında bir neçə müəllim və qızların keçmiş sevgililərinin də olduğu 14 nəfər saxlanılıb. Məlumatlara görə, müəllimlər cinsi əlaqəyə məcbur etdikləri qızları videoya çəkib və daha sonra şantaj ediblər.Zərərçəkmiş qismində dindirilən tələbə qızların ifadələri sözün həqiqi mənasında hamını heyrətə salıb. Müəllimlərindən əxlaqsız təklif aldıqlarını, razı olmadıqları təqdirdə qiymətlərinin kəsildiyini və kursda saxlanıldıqlarını deyən tələbələr sübüt kimi müəllimləri ilə telefon yazışmalarını təqdim ediblər: "Mən səni Vana apararam. Orada tətil edərik. Sonra sənin imtahan suallarını verərəm. Mənimlə cinsi əlaqədə olsan, sənə heç bir problem çıxarmazlar. Əks təqdirdə səni çox sıxarlar. Onsuz da sevgilin yoxdur. Əlavə heç nəyə ehtiyacın olmaz. Sən çox gözəlsən. Sənin mütləq evlilikdən başqa gizli cinsi əlaqən olmalıdır. İmtahanlarını heç düşünmə. Mən həll edəcəyəm".Qeyd edək ki, araşdırmalar zamanı məlum olub ki, müəllimlər qiymətləri yüksək yazmaq üçün tələyə saldıqları qızlarla cinsi əlaqəyə girdikləri anları videoya çəkiblər.Daha sonra bu görüntülərlə qızları şantaj ediblər. Müəllim H.Y.-nın qiymət müqabilində cinsi əlaqədə olmaq istədiyi tələbə qızları razı salmaq üçün imtahan vərəqələrini tələbəsi ilə birilkdə yoxladığını polis apardığı istintaq zamanı ortaya çıxarıb.Polis araşdırmalar zamanı ümumilikdə 14 nəfəri saxlayıb. Lakin qızları zorlayan müəllimlərdən biri ədalət məhkəməsindən yayına bilib. Bu hadisəyə isə Hakkari vilayətinin sakinləri çox hiddətlənib. Üzü maskalı insanlar universitetə hücum ediblər. Onlar rektorluğun şüşələrini sındırıblar. Polis hiddətlənmiş insnaları zorla sakitləşdirib.Məsələ ilə əlaqədar universitetin rektoru professor Ebubekr Ceylan tələbələrin valideynlərinə, ümumilikdə vətəndşalara mürraciət edib: “Əziz Hakkari soydaşlarım, balalarını bizlərə əmanət edən valideynlər, bir ata olaraq bu murdar cinayəti törədənlərin cəzalanması üçün şəxsən çalışacam. 2008-ci ildə, universitet açıldığı ildən bəzi xalqımıza saf niyyətlə xidmət göstərməyə çalışmışıq. İnsanların azadlığı, təhsilli övlad yetişdirmək bizim amacımızdır. Universitetin əməkdşaları kiminsə haqqını almadan, kiminsə hüququnu pozmadan və şərəəf-ləyaqətinə xələl gətirmədən çalışıb, bundan sonra da çalışacaq. Bu iyrənc hadisədən isə təəssüf ki xəbərimiz olmayıb. Sonu necə olursa olsun, daim haqlının, məzlumun yanındayıq. Lazım gələrsə, qızları zorlayan mundarları şəxsən özüm öldürməyə hazıram”.Universitet rektoru gecə saatlarında universitetə edilən basqına da münasibət bildirib.“Biz günahsız olduğumuz halda universitetimizə edilən haqsız və iyrənc hücum qəbuledilməzdir. Bir-iki murdarın çirkin əməlləri universitetin bütün əməkdaşlarını günahkar etmir. Hakkari xalqını ədalətli və səbrli olmağa çağırıram. Gəlin birlikdə günahkarları tapaq və cəzalandıraq. Biz birlikdə güclüyük”, - deyə Ebubekr Ceylan qeyd edib.

OXŞAR XƏBƏRLƏR