Solovyovdan şok: Ərdoğana qarşı sui-qəsd planı var

Solovyovdan şok: Ərdoğana qarşı sui-qəsd planı var
DÜNYA
08:55 03.11.2022
345
Rossiya 1" telekanalının efirində yayımlanan "Solovyovla axşam" tok-şousu zamanı ekspertlər Rusiya ilə Türkiyənin tərəfdaşlığı barədə fikir mübadiləsi aparıb.

AZXEBER.COM axar.az-a istinadən bildirir ki, qonaqlardan biri - Rusiya Strateji Kommunikasiya Mərkəzinin direktoru Dmitri Abzalov Ankaranın Moskva üçün çox vacib tərəfdaş olduğunu bildirib.

"Ərdoğan bir çox məqamlarda NATO və ABŞ-ın planlarına qarşı çıxaraq ədalət tərəfində olur", - deyə o qeyd edib.
Ətraflı

Bu zaman verlişin aparıcısı Vladimir Solovyov onun sözünü kəsərək deyib:

"Amma bizdə belə bir əminlik yoxdur ki, Ərdoğan 1 ildən sonra sağ-salamat olacaq. Ona qarşı artıq bir dəfə sui-qəsd təşkil olunub (15 İyul hadisələri nəzərdə tutulur - red.). Belə bir şey yenidən ola bilər. Bu, Amerikanın məkrli planıdır. Onu aradan götürmək üçün avtomobili partladıla və yaxud hər hansı bir qiyam maliyyələşdirilə bilər".
OXŞAR XƏBƏRLƏR