Şolts Baydenlə yaxşı anlaşdığını bildirib

Şolts Baydenlə yaxşı anlaşdığını bildirib
DÜNYA
19:37 25.01.2023
239
ABŞ-Almaniya münasibətləri indi uzun müddətdən sonra daha yaxşıdır.

Bunu Almaniya kansleri Olaf Şolts Bundestaqda çıxışı zamanı deyib.

O, ABŞ Prezidenti Co Baydenlə yaxşı anlaşdığını vurğulayıb.

"Mən sizə deyə bilərəm ki, Almaniya və ABŞ arasında əlaqələr uzun müddət olduğundan daha yaxşıdır. Mən Amerika Prezidenti ilə yaxşı anlaşıram, düşünürəm ki, o, çox bacarıqlı, çox məqsədyönlü siyasətçidir, xüsusilə də beynəlxalq siyasət, trans-Atlantik əlaqələrin dəstəklənməsi və Almaniya ilə yaxşı əməkdaşlığın vurğulanması baxımından. Bu Prezident həqiqətən də yaxşı tərəfdaşdır”, - Şolts bildirib.
 
///Apa
OXŞAR XƏBƏRLƏR