Şolts və Merts Trampla Zelenskinin Ağ Evdəki mübahisəsini və onun nəticələrini müzakirə edib

Şolts və Merts Trampla Zelenskinin Ağ Evdəki mübahisəsini və onun nəticələrini müzakirə edib
DÜNYA
16:37 01.03.2025
147

Almaniya Kansleri Olaf Şolts ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski arasında baş tutmuş görüşün nəticələrini müzakirə etmək üçün özünün ehtimal olunan varisi Fridrix Mertsə zəng edib.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, Şolts Ağ Evdə Trampla Zelenski arasında baş verən mübahisədən sonra Mertslə əlaqə saxlayıb.

"Bu zəng sürpriz oldu, çünki bir müddət əvvəl Berlində Şoltsun keçid dövrünə seçki qalibini daha yaxından cəlb etmək üçün heç bir səbəb görmədiyi vurğulanmışdı. Hökumətin sözçüsü Şteffen Hebestrayt cümə günü martın 2-də Londonda keçiriləcək Ukrayna sammiti öncəsi Şolts və Merts arasında koordinasiyaya ehtiyac olmadığını bildirmişdi. Onun sözlərinə görə, siyasətçilər fevralın 25-də görüşmüşdülər və əlavə təmaslara ehtiyac yox idi”, - nəşrlər yazır.

Nəşrlər qeyd edir ki, Şolts və Merts vəziyyətin ciddiliyi ilə bağlı fikirlərində yekdildir.

Kansler "X” sosial şəbəkəsində yazıb: "Ukrayna vətəndaşlarından daha çox heç kim sülh istəyə bilməz! Ona görə də biz birlikdə davamlı və ədalətli sülhə gedən yol axtarırıq. Ukrayna həm Almaniyaya, həm də Avropaya arxalana bilər”.

Merts də bu mənada həmrəyliyini ifadə edib: "Hörmətli Volodimir Zelenski, biz yaxşı gündə də, çətin anlarınızda da Ukraynanın yanındayıq. Bu dəhşətli müharibədə hücum edənləri və müharibənin qurbanları heç vaxt qarışdırmamalıyıq”.

OXŞAR XƏBƏRLƏR