Somalidə hər gün 13 uşaq ölür

MARAQLI
05:51 11.08.2011
1743
Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, bunu BMT-nin Somalidəki xüsusi təmsilçisi Avqustin Mahiqa deyib. O bildirib ki, hazırda bu ölkədə 3,7 milyon adam aclıqdan ölmək təhlükəsi altındadır. 

BMT-nin Humanitar məsələlər üzrə şöbəsinin baş direktor müavini Katrin Braqq isə deyib ki, Somali üçün 1 milyard dollara yaxın ianənin toplanacağını düşünürlər. Bununla belə, bu günə qədər yalnız 500 milyon dollara qədər vəsait toplanıb.

OXŞAR XƏBƏRLƏR