Somalidə son 3 ayda 29 min uşaq ölüb

MARAQLI
12:12 06.08.2011
1577
Amerikalı yardım təşkilatlarının verdiyi məlumata görə, Somalidə son 3 ay içərisində aclıqdan ölən 5 yaşından kiçik uşaqların sayı 29 minə çatıb.

BMT-nin məlumatlarına görə, 3,5 milyonu Somalinin cənubunda olmaqla 12 milyon insan aclığın pəncəsindədir.

Beynəlxalq Qızıl Xaç Təşkilatı Somalidə 5 yaşın altındakı hər 5 uşaqdan birinin aclıq səbəbilə həkimlərin təcili müdaxiləsinə ehtiyac duyduğunu bildirib.

Somalidə də yüzminlərlə insan qaçqın düşərgələrinin olduğu paytaxt Moqadişuya getməyə çalışır.

Moqadişudakı düşərgə klinikalarının ölmək üzrə olan uşaqlarla dolu olduğu bildirilir.

Ən böyük fəlakət isə "Əl Qaidə" terror təşkilatına bağlı olduğu düşünülən "Əş Şəbab"ın nəzarətindəki mərkəzi bölgələrdə yaşanır. Beynəlxalq yardım təşkilatları bu bölgəyə girə bilmir. "Əş Şəbab" eyni zamanda insanların qaçqın düşərgələrinə getmələrinə mane olur.

OXŞAR XƏBƏRLƏR