Somalidə iğtişaşlar zamanı azı 5 nəfər öldü

Somalidə iğtişaşlar zamanı azı 5 nəfər öldü
DÜNYA
19:52 12.08.2022
291
Somalinin Somalilend bölgəsinin üç şəhərində iğtişaşlar zamanı azı 5 nəfər ölüb, 100 nəfər yaralanıb.

Bu barədə Somalilend ştatının prezidenti Musa Bihi Abdi məlumat verib.

"Təhlükəsizlik əməkdaşlarına daş, metal çubuqlar və dəyənəklərlə hücum edilib”, - ştatın rəhbəri bildirib.

Qeyd edək ki, ən irimiqyaslı nümayiş avqustun 11-də ştatın paytaxtı Harqeysa şəhərində keçirilib. Polis və hüquq-mühafizə orqanları nümayişçilər tərəfindən şəhərin əsas magistral yolunun blokadasını aradan qaldırmaq üçün atəş açıb. Nəticədə nümayişçilər arasında 3 nəfər ölüb.

Nümayişçilər ştatda prezident seçkisinin qanuni müddətdə keçirilməsini tələb edirlər. Müxalif liderlər iddia edirlər ki, Abdi ştatda bu il noyabrın 13-də keçiriləcək prezident seçkisinin vaxtını dəyişməyə çalışır.
 
///report
OXŞAR XƏBƏRLƏR