Somalinin mərkəzində iki klan arasında baş verən qarşıdurmada azı 55 nəfər ölüb, 155 nəfər yaralanıb.
Bildirilib ki, otlaq sahələri və su mənbələrinə nəzarət uğrunda iki klan arasında toqquşma başlayıb.
"Hökumət qüvvələri gecikdi. Təəssüf ki, 55 nəfər həlak olub. Bura hər iki qəbilədən olan şəxslər daxildir”, - agentliyə klanlardan birinin rəhbəri Farah Nur bildirib.
Məlumata görə, azı azı 115 yaralı xəstəxanaya çatdırılıb.
///report