Somalidə sərnişin avtobusuna bombalı hücum: Ölən və yaralananlar var

Somalidə sərnişin avtobusuna bombalı hücum: Ölən və yaralananlar var
DÜNYA
12:16 10.08.2023
165
Somalidə sərnişin avtobusunun keçidi zamanı yol kənarındakı partlayıcı qurğunun partlaması nəticəsində 6 nəfərin həyatını itirdiyi bildirilib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ərazi qubernatoru Məhəmməd İbrahim Somali Milli Xəbər Agentliyinə bildirib ki, sərnişin avtobusu bombalı hücuma məruz qalıb.

O, "Əş-Şəbab” terror təşkilatının üzvləri tərəfindən həyata keçirilən bombalı hücumun iş adamlarını hədəf aldığını bildirib.

Hücumda 6 nəfərin həyatını itirdiyini bildirən İbrahim aralarında uşaqların da olduğu 12 nəfərin yaralandığını qeyd edib.

Digər tərəfdən, Somali prezidenti Həsən Şeyx Mahmud ölkədə tez-tez hücumlar həyata keçirən "Əl-Şəbab” qruplaşmasına qarşı hərtərəfli mübarizə aparmaq qərarına gəlib.

Gülay
OXŞAR XƏBƏRLƏR